Mingəçevirdə seçki ilə bağlı kurslara start verildi

0
103

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslara başlanılmışdır.

47 saylı Mingəçevir DSK-nin sədri Oqtay Məmmədov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komisiyaları ilə səmərəli əlaqələrin qurulması istiqamətində görüləcək işlərdən danışıb.

Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Sahib Əliyev, MSK-nin üzvü Bəxşeyiş Əsgərov, Mingəçevir şəhər Məhkəməsinin sədri Usaməddin Osmanov bildirişlərin seçicilərə çatdırılması, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizimlərindən söz açıblar. Esmira Hidayətova, Mingəçevir