Ərdoğan: Biz 6 dövlət, tək millətik

0
64

Dəyərli dostum İlham Əliyevin dediyi kimi “bir millətin iki diasporu olmaz”. Biz qazax, özbək, türkmən, azərbaycanlı, qırğız, tatar, axıska, çeçen – bütün qardaşlarımıza türk diasporunun üzvü kimi baxırıq.

alpaninfo.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda Türk Şurasının 7-ci zirvə toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Xaricə gedən insanlarımız arasında artıq sadəcə işçilər deyil, həkimlər, siyasətçilər, akademiklər, nazirlər, hətta bələdiyyə sədrləri də var”, – Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan və Türkiyə nə qədər güclü olarsa, xaricdəki soydaşlarımız da bir o qədər güclü olacaq.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə Suriya sərhədindəki terrorçuları məhv edərək ölkədəki miqrantların öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq. Türkiyə bu əməliyyatları bütün təzyiqlərə baxmayaraq, sona qədər davam etdirəcək. Başda Azərbaycan olmaqla, “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm.

Ərdoğan görüşü təşkil edənlərə təşəkkür edərkən bildirib:

“İndi biz altı dövlət, tək millətik”.