Türkiyə Fransa ilə heç-heçə edərək liderliyini davam etdirir

0
52

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 8-ci turun növbəti oyunları keçirilib.

Turun üçüncü gününün mərkəzi qarşılaşması “Stad de France” stadionunda oynanılıb. Türkiyə millisi səfərdə son dünya çempionu Fransa yığması ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı meydan sahibləri 76-ci dəqiqədə açıblar. Antuan Qrizmanın künc ötürməsindən sonra Olivye Jiru dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Qoldan 6 dəqiqə sonra türkiyəlilər hesaba tarazlıq gətirib. Cərimə zərbəsini yerinə yetirən Hakan Çalxanoğlu Kaan Ayxana dəqiq ötürmə verib. Sonuncu dəqiq zərbə ilə adını tabloya yazdırıb. Bu nəticədən sonra Türkiyə millisi xalların sayını 19-a çatdıraraq H qrupunda liderliyi davam etdirir. Eyni xala malik Fransa millisi ikinci yerdədir. UEFA-nın reqlamentinə görə, komandalar eyni xala malik olduğu təqdirdə aralarında oyunun nəticəsinə əsasən üstün sayılır.

Xatırladaq ki, Türkiyə millisi öz meydanında Fransa yığmasını 2:0 hesabı ilə məğlub etmişdi.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
14 oktyabr

A qrupu
22:45. Kosovo – Monteneqro – 2:0
Rahmani, 10, Muriqi, 34
22:45. Bolqarıstan – İngiltərə – 0:6
Reşford, 7, Barkli, 20, 32, Sterlinq, 45, 69, Keyn, 85

1İngiltərə650126-615
2Çexiya640211-912
3Kosovo632112-1011
4Monteneqro70343-153
5Bolqarıstan70345-173

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: İngiltərə – Monteneqro, Çexiya – Kosovo.

B qrupu
22:45. Ukrayna – Portuqaliya – 2:1

Yaremçuk, 7, Yarmolenko, 29 – Ronaldo, 72 (pen.)
22:45. Litva – Serbiya – 1:2
Kazlauskas, 79 – Mitroviç, 48, 53

1Ukrayna761015-219
2Portuqaliya632114-611
3Serbiya631212-1310
4Lüksemburq61145-114
5Litva70165-191

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: Serbiya – Lüksemburq, Portuqaliya – Litva.

H qrupu
22:45. Moldova – Albaniya – 0:4

Çikalleşi, 22, Bere, 34, Traşi, 40, Manay, 90
22:45. İslandiya – Andorra – 2:0
Siqurdsson, 38, Siqtorsson, 64
22:45. Fransa – Türkiyə – 1:1
Jiru, 76 – Ayhan, 82

2Türkiyə861116-319
1Fransa861121-519
3İslandiya850312-1015
4Albaniya840414-1012
5Andorra81071-163
6Moldova81072-223

Növbəti oyunlar noyabrın 14-də keçiriləcək: Türkiyə – İslandiya, Fransa – Moldova, Albaniya – Andorra.