Hakim millimizu uduzdurdu

0
53

2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Budapeştdə, “Groupama Arena”da baş tutan keçirilən Macarıstan-Azərbaycan oyununda komandamız minimal hesabla məğlub olub (1:0). Oyunun son dəqiqələrində milli komandamızın futbolçusu Bəhlul Mustafazadə fərqlənib. Lakin hakim əllə oyuna işarə edərək qolu qeydə almayıb. Milli komandamızın futbolçuları hollandiyalı baş hakimə etirazını etsə də, qərar dəyişilməyib.

Hazırda “E” qrupunda Macarıstan 12 xalla 2-ci yerə yüksəlib. Azərbaycan isə 1 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Macarıstan və Azərbaycan yığmaları arasındakı AVRO-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib. Hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib. 

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.