Şuşa Teatrı 2 premyera ilə tamaşaçılarının görüşünə gəlir

0
56

Məlum olduğu kimi, Dövlət başçısının müvafiq sərəncamına əsasən əsaslı şəkildə təmir olunan Şuşa Dövlət Musiqili Dram Teatrı kollektivin ixtiyarına verilmiş və Azərbaycan teatr mövsümünün açılış mərasimi məhz Şuşa Teatrında keçirilmişdir.

Daha böyük yaradıcılıq şövqü ilə çalışmağa başlayan teatr kollektivi qısa müddət ərzində 2 yeni tamaşa ilə teatrsevərlərin görüşünə gəlir. Həmin səhnə əsərləri uşaqlar üçün hazırlanmış Abdulla Şaiqin “Danışan gəlincik” və Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşalarıdır.

Abdulla Şaiqin “Danlşan gəlincik” tamaşası 2019–cu il oktyabrın 13-də saat 12:00–da olacaqdır.

Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru Respublikanın Əməkdar artisti Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Respublikanın Əməkdar artisti Azad Məmmədovdur.

Rolları Zəhra Salayeva, Nigar Məmmədova, Günel İmanova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Hamlet Qənbərov, Emin Sevdiməliyev, Mətanət Eres, Sevinc Ağayeva, Mobil Qurbanov və Mir Qabil Əkbərov ifa edirlər.

“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 dekabr tarixli Sərəncamına uyğun olaraq dramaturqun “Solğun çiçəklər” pyesi də açılışdan sonra ilk dəfə olaraq təqdim olunacaqdır. Tamaşa 2019–cu il oktyabrın 15-də saat 16:00-da nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Respublikanın Əməkdar artisti Azad Məmmədovdur.

Rolları Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev ifa edirlər.