Azərbaycan yığması Bəhreyn millisini məğlub edib

0
81

Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib. Görüşdə Azərbaycan yığması 3:2 hesabı ilə qalib gəlib.

Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəliblər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.

9 oktyabr

Yoldaşlıq oyunu

Bəhreyn – Azərbaycan – 2:3
Qollar: 
Rahman, 31 (1:0), Rüfət Dadaşov, 41 (1:1), Təmkin Xəlilzadə, 62 (1:2), Saad, 68 (2:2), Ramil Şeydayev, 70 (2:3)
Bəhreyn milli stadionu