“Fukusima-1”də qoruyucu günbəzin sökülməsinə başlanılıb

0
454

Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-in birinci reaktorunun üzərində poliefir materialdan quraşdırılmış qoruyucu günbəzin sökülməsinə başlanılıb. Enerji blokunun üzərində hündürlüyü 54 metrə çatan günbəz 2011-ci ilin oktyabrında quraşdırılıb. Onun əsas vəzifəsi radioaktiv hissəciklərin ətrafa yayılmasının qarşısını almaq idi. Günbəzin sökülməsində məqsəd istifadə edilmiş nüvə millərini reaktor üzərindən çıxarmaqdır. Günbəzin sökülməsi bir neçə mərhələdə aparılcaq və növbəti mərhələyə başlamazdan əvvəl radiasiya fonu ölçüləcək. Günbəzin 2015-ci ilin martınadək tam sökülməsi planlaşdırılır. Hazırda AES-in qəza zamanı daha az ziyan çəkmiş dördüncü reaktorunda nüvə millərinin çıxarlması işləri davam edir. Gələn ilin sonunadək AES-in qəzalı vəziyyətdə olan dörd reaktorundan nüvə millərinin çıxarılması nəzərdə tutulur. Bundan sonra zəlzələ nəticəsində enerji bloklarının daxili hissələrinə yayılmış nüvə yanacağının çıxaılmasına başlanacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here