Oktyabrın 12-də Qubada ənənəvi Alma bayramı keçiriləcək

0
90

Oktyabr ayının 12-də Qubada – şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ənənəvi Alma bayramı keçiriləcək.

Alma bayramında adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxləri və həyat tərzi əks olunacaq.

Qeyd edək ki, 2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları da qatılacaqlar.