Tramp Çini də Baydenlərin fəaliyyətini araşdırmağa çağırıb

0
23

ABŞ Prezidenti Donald Tramp oktyabrın 3-də iki dövlətin rəhbərlərinə yenidən müraciət edərək sabiq vitse-prezident Co Baydenin və onun oğlu Hanterin fəaliyyətini təhqiq etməyə çağırıb. Bundan əvvəl eyni xahişlə Ukrayna Prezidentinə müraciət etmiş Tramp bu dəfə Çin rəhbərliyini belə təhqiqat aparmağa çağırıb.

Tramp Floridaya gedərkən yolüstü jurnalistlərlə söhbəti zamanı televiziya kameraları qarşısında Çinə və Ukraynaya açıq müraciət edib.

Tramp və onun vəkili Rudi Culiani bildiriblər ki, onlar hələ iyul ayında Ukraynanı Co Bayden barəsində təhqiqat aparmağa çağırıblar. Tramp sabiq vitse-prezidenti bunda təqsirləndirib ki, o, oğlu Hanter Baydenin direktorlar şurasında işlədiyi qaz şirkətinin fəaliyyətini təhqiq etməklə məşğul olan baş prokuror Viktor Şokini işdən azad etmək üçün Ukrayna rəhbərliyinə təzyiq göstərib.

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Demokratlar Partiyasından prezidentliyə namizəd irəli sürülməyə əsas iddiaçıdır.azərtac