Mingəçevirdə Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib

0
127

Mingəçevir şəhər İcra Hakimiyyətində 5 oktyabr – Müəllim günü münasibəti ilə keçirilən tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıq elan edərək təbriklərini çatdırıb. Bildirib ki, bu gün sizin həyatınızda ən əlamətdar günlərdən biridir. O qeyd edib ki, müəllimlərin peşə bayramı ölkəmizin hər yerində təntənə ilə qeyd olunur. Ən səmimi və xoş arzularını müəllimlərə çatdıran başçı vurğulayıb ki, müəllimlik ən şərəfli, müqəddəs peşədir: ”Çünki cəmiyyətin inkişafında, onun düzgün formalaşmasında və gələcəyimizin uğurlu olmasında müəllim əməyi, müəllim zəhməti əvəsizdir. Xalq arasında belə bir deyim var: ”Müəllim dəyişəndə cəmiyyət də dəyişir”. Ulu öndər Hüydər Əliyev həmişə  müəllim peşəsini yüksək dəyərləndirib”.

Daha sonra Mingəçevirin təhsilindən danışan  icra başçısı son illər təhsil müəssisələrinin də maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görüldüyünü deyib. Bildirib ki, 2003-2018-ci illər ərzində şəhərdə 10 tam orta məktəb əsaslı təmir edilmiş, 4 tam orta məktəb yenidən inşa edilmiş, onlardan biri isə Heydər Əliyev Fondu tərəfindən tikilmişdir.Qeyd olunub ki, hazırda şəhərdə 16 saylı tam orta məktəb əsaslı təmir olunur, 13 saylı tam orta məkəb isə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən inşa olunur: ”Bu il Mingəçevir təhsilinin fərqli naliyyətləri olmuş və qazanılmış uğurlar respublika miqyasında fərqlənmişdir. Məm əminəm ki, təhsil işçilərimiz daha yuksək nəticələr əldə etmək üçün öz bilik və bacarıqlarını əsirgəməyəcək”.

Daha sonra Mingəçevir Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov, Prezidentin sərəncamı ilə Müəlimlər Günü münasibəti ilə “Əməkdar müəllim“ adına layiq görülmüş Texniki Humanitar Liseyinin dil-ədəbiyyat müəllimi Yaşar İsmayılov,  gənc müəllimə, 12 saylı tam orta məktəbin tarix müəllimi Sevin Nağıyeva, MDU-nun Riyaziyyat–informatika ixtisası üzrə I kurs tələbəsi Alsu Məmmədova çıxış ediblər.

Sonda təhsildə fərqlənən bir qrup  müəllimlərə Mingəçevir şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və hədiyyələri təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir