“Qarabağ” sadəcə futbol komandası deyil”

0
90

“Qarabağ” futbol klubu Lüksemburqdan qələbə ilə qayıdır. Rəqib “Düdelanj” üzərində 1:4 hesablı qələbəni rəsmiləşdirən Ağdam təmsilçisinin çıxdığı yaşıl meydanda təxribat da baş verdi. Arenada dron vasitəsilə qondarma DQR-in bayrağını qaldıran ermənilər yenə öz xislətlərini nümayiş etdirdilər. Nə həmin vaxt tribunada olan soydaşlarımız, nə də ölkəmizdə yaşayanlar bu təxribata laqeyd qalmadı. Hər kəs bildiyi kimi öz etirazını bildirdi. Oyundan əvvəl və sonra sosial şəbəkədəki aktivlik də diqqətdən yayınmadı.

alpaninfo.com teleqraf.com-a istinadən “Düdelanj”-“Qarabağ” qarşılaşması ilə bağlı sosial şəbəkədə yayılan maraqlı statusları təqdim edir.

Politoloq Elxan Şahinoğlu: “Ermənilərin Lüksemburqda “Qarabağ” futbol komandasının oyunu zamanı təxribatı əvvəlcədən planlaşdırılıb və maliyyələşdirilib, bu, separatçılarla erməni lobbisinin birgə layihəsidir”.

Futbol mütəxəssisi Natiq Muxtarlı: “Məlum oldu ki, “Qarabağ” həm də çox güclü “silah”dır. Düşməni qıcıqlandıran, əsəbiləşdirən “silah”.

Futbol şərhçisi Sənan Şəfizadə: “Qarabağ” sadəcə futbol komandası deyil”

Jurnalist Ceyhun Musaoğlu: “Erməni Lüksemburqda qazdığı quyuya düşdü. Drona asılmış qondarma bayrağı “Düdelanj” komandasının stadionu üzərində nümayiş etdirən mənfur düşmən öz bicliyindən gicləyib. Hadisənin qarşılığında Lüksemburq idman naziri “Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırıq” açıqlaması verib”.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov: “Qarabağ qələbəsi istər döyüş, istər yaşıl meydanda hər zaman qaçınılmaz olub və belə də olacaq”.

“Publika”nın baş redaktoru Aqil Lətifov: “Bu erməni dığaları torpağımızı da aldı, amma bizdən əl çəkmədi, bunların kökünü kəsməkdən başqa yol yoxdur”.

Jurnalist Elnur Eltürk: “Şəkildə görünən şəxsiyyət və komandası informasiya savaşında erməni lobbisi ilə mükəmməl səviyyədə döyüşür. Söhbət Qurban Qurbanovdan gedir”.

Şair Rauf Qərib: “Ermənilər dünənki bez parçasını böyük səhifələrində paylaşıb ağzına gələni yazırdılar. Rusca “tələsməyin, erməni köpəkləri, biz gələcəyik” yazdım, indi də profilimdən şikayət edirlər”.

Şair Tural Turan: “Erməni təxribatına ən layiqli cavab tabloda qələbəni göstərən rəqəmlərdir”.

Yazar Cavid Məmmədzadə: “Bir “Neftçi” azarkeşi kimi “Qarabağ”la qürur duyuram”.