Tramp impiçment prosedurunun başlamasını çevriliş adlandırıb

0
23

ABŞ Prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun başlamasını dövlət çevrilişi adlandırıb.

Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb: “Mən daha çox fərqinə vardıqca, bunun impiçment deyil, insanlardan hakimiyyəti, səslərini, azadlıqlarını, dinlərini, silahlı qüvvələrini, sərhəddəki sədlərini (Meksika ilə) və onlara Allah tərəfindən bəxş olunan Amerika Birləşmiş Ştatları vətəndaşlığını mənimsəmək üçün təşkil edilən çevriliş olduğunu anlayıram”.

Xatırladaq ki, ABŞ-da son günlər Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı ətrafinda böyük qalmaqal yaranıb. Bu qalmaqal konqresdə Birləşmiş Ştatlar liderinin impiçment prosedurunun başlamasına səbəb olub. İddialara görə, Donald Tramp Zelenskidən Kiyevə maliyyə və hərbi yardım qarşılığında Amerikanın sabiq vitse-prezidenti Cozef Baydenin oğlunun Ukraynadakı fəaliyyətinə dair təhqiqata başlamağı xahiş edib. Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Trampın əsas rəqibi sayılır. azərtac