Başçı qaliblərə mükafatlar təqdim etdi

0
74

 Mingəçevir şəhər Gənclər və İdman idarəsi və Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müxtəlif İdman növləri üzrə məhəllələrarası yarışlara yekun vurulub. Yekun tədbirində iştirak edən  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qalibləri mükafatlandırıb. Tədbirdə vurğulanıb ki, hər bir ölkə xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənclərə bağlıyır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bir ölkənin gənc təbəqəsinin dünyagörüşlü, intellektual formalaşmasında onun asudə vaxtını necə keçirməsi də böyük əhəmiyyət daşıyır. Asudə vaxtın düzgün təşkili gənclərin fiziki, psixoloji və şəxsi keyfiyyətlərin formalaşmasına və inkişafına kömək edir, həmçinin  təhsilə  marağı artırır. Bu mənada belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir.

Qeyd edək ki, iyul, avqust, sentyabr aylarında yeniyetmələr arasında  futbol, dama, mini futbol, voleybol və şahmat üzrə yarışlar keçirilib. Esmira Hidayətova, Mingəçevir