Hamını təəccübləndirən sürücü

0
108

Mingəçevirin 64 yaşlı sakini Vəli Qaçayev illərdir ki, sürücülük peşəsi ilə məşğuldur. O, həm də  bitki və ağacların mahir bilicisi kimi tanınır. Ən maraqlısı odur ki, Vəli Qaçayev son 15 ildə bu bölgə üçün xarakterik olmayan ağac və bitkilərin yetişdirilməsi istiqamətində ciddi uğur qazanıb. Hətta həvəskar bağban kimi o çoxlarının bacarmadığı  bir ilkə imza atıb desək, yanlımarıq. Belə ki, o, 12 sotluq  təsərrüfatında  əsasən cənub bölgələri üçün xarakterik olan apelsin, mandarin, feyxoa, limon yetişdirəməyə, onları artırmağa nail olub. Vəli kişinin sözlərinə görə iqlim, torpaq və başqa  özəlliklər qeyd olunan meyvələrin yetişməsi üçn əlverişli hesab olunur: “Amma bir sıra qulluq amillərini tətbiq etməklə mümkün olmayanı da əldə etmək mümkündür”. Yeri gəlmişkən qeyd edək ki, Vəli kişinin yetişdirdiyi sitrus ağacları daha tez bar verir və meyvələrinin də ölçüləri cənub meyvələrindən böyük olur.

Ömrünü sükan arxasında keçirən Vəli Qaçayevin işgüzarlığı və bağçılığa olan  həvəsi hər kəsi təəccübləndirir. Dediyinə görə, o, iş saatı başa çatdıqdan sonra  çox sevdiyi bağına gəlir və gecə saatlarına kimi ağac və bitkilərinə qulluq edir.

Esmira Hidayətova,  Mingəçevir