ADMİU-nun professoru Rafiq Quliyev Moskvada medala layiq görülüb

0
36

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasının müdiri professor Rafiq Quliyev Moskvada işgüzar səfərdə olub. ADMİU-nun kafedra müdiri Ümumrusiya  Dövlət Kinomatoqrafiya İnstitutunun (ВГИК) 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib. Tədbirdə dünyanın ilk kino məktəbinin bəzi məzunlarına “ÜDKİ-100” medalı təqdim olunub. Mükafatlandırılanlar arasında ADMİU-nun professoru Rafiq Quliyev də olub. Xatırladaq ki, Rafiq Quliyev 1987-ci ildə ÜDKİ-nin “Kinooperatorluq” fakültəsini fərqlənmə ilə bitirib.