Rəfael Cəbrayılov mandatından imtina edib

0
34

Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, istefa mədəniyyəti hər yerdə var.

Deputat əlavə edib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər: “Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli deyib ki, konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib: “O, eyni zamanda həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir”.

Milli Məclisin deputatı Rəfael Cəbrayılov bu gün mandatından imtina edib.