Bu hadisə… fürsətdir

0
35

“Millət vəkili Rafael Cəbrayılov 600 min ABŞ dollar məbləğində pul aldığl iki vətəndaşda borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün deputat vəsiqəsini girov qoyub. Təfərrüata varmayacam. Ay nə bilim borc verənlər aldadılıb, iş məhkəməyə qədər gedib. Qərar Rafael Cəbrayılovun əleyhinə olub”.

Bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev deyib. O, bir jurnalist olaraq belə hesab edir ki, yayılmış kompramat materiallar kifayət edir ki, bu millət vəkilinin, Rafael Cəbrayılovun toxunulmazlıq statusu ləğv edilsin, haqqında cinayət işi başlansın, Milli Məclis üzvlüyünə xitam verilsin və qanun qarşısına çıxarılsın:

“Bu hadisə həm də bütün millət vəkillərinin parlamentdən kənar fəaliyyətini yoxlamaq üçün fürsətdir. Yəni gələcəkdə, fakt qarşısında qalandan qalana tədbir görülməsin. 

Bəlkə elə millət vəkili var ki, işini daha ehtiyatlı tutur və ələ keçmir. Dövlətin islahatlar kursuna, vətəndaş-dövlət etimadına birbaşa zərbə vuran belə dələduzluq, etibardan sui-istifadə halları xüsusi güzəştsizliklə cəzalandırılmalıdır. Azərbaycan dövləti regionun ən dinamik və sabit ölkəsi olaraq beynəlxalq inqilab ssenarilərindən özünü qoruyur və bunu ilk növbədə xalqın dəstəyilə, onun İlham Əliyevə inamıyla edir”.