Nəsiminin qardaşı Şahxəndanın məzarı ziyarət olunub

0
63

Sentyabrın 29-da İkinci Nəsimi festivalı çərçivəsində Şamaxıda təşkil olunan silsilə tədbirlərin davamı olaraq qonaqların bir qrupu, habelə nəsimisevərlər şəhərin yaxınlığında yerləşən qəbirstanlığa gələrək İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarını ziyarət ediblər.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara XIV əsrin tanınmış simalarından olan Şahxəndan barədə məlumat verib. Hazırda qəbirüstü abidənin restavrasiya olunduğunu bildirən icra başçısı qeyd edib ki, yazılı mənbələrdə adı çəkilən, həyatı və fəaliyyəti barədə məlumatlara rast gəlinən bir sıra görkəmli şəxsiyyətlər var ki, onların barəsində tədqiqatlara ehtiyac duyulur.

Almaniyalı nəsimişünas alim Maykl Hers abidənin ziyarəti zamanı İmadəddin Nəsimi və onun qardaşı Şahxəndanla bağlı apardığı tədqiqatlardan danışıb.

Türbənin konservasiyası və ətrafında abadlıq işlərinin aparılaması üzrə layihənin müəllifi, avstriyalı bərpaçı-memar Erik Pumer görülən və nəzərdə tutulan işlər barədə qonaqlara ətraflı məlumat verib.azərtac