İstanbul derbisində hesab açılmadı

0
44

Sperliqanın 6-cı turunun ikinci günündə əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gəlib. “Sarı-qırmızılılar”ın meydanında olan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Oyunu FİFA referisi Cüneyt Çakır idarə edib.

Qeyd edək ki, 6 oyundan 11 xalı olan “Fənərbaxça” 2-ci, “Qalatasaray” 9 xalla 5-ci yerdədir. Lider “Alanyaspor”un 6 matçdan 14 xalı var.