Milli dəyərlərimizin qorunması günün tələbidir

0
97

 

   Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərindəki Gənclər evində “Azərbaycançılıq: bizi birləşdirən dəyər”  layihəsinin  “Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək”  adlı   sonuncu  maarifləndirici  tədbiri keçirilib.

 DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, milli adət-ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə çevrilməsi həmişə aktual olub: “Bu gün cəmiyyətimiz inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir vaxtda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir. Buna görə də milli dəyərlərimizin qorunması, əsasən də gələcək nəsillərə çatdırılması hazırda da öz aktuallığını saxlamaqdadır. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizi təşkil edir. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərərinə sadiq qalıb, bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib.  Bu gün milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması dövlətin əsas prioritet istiqamətlərindən biridir”.

Daha sonra DQİDK-nin əməkdaşı Samir Yoldaşov, Mingəçevir “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, Mingəçevir şəhər “Heydər” məscidinin naib imamı Müşfiq Nəcəfov, Mingəçevir Gənclər evinin direktoru Tural Kərimov mövzu ilə bağlı fikirlərini tədbir iştirakşılarına çatdırıblar.

Esmira Hidayətova, Mingəçevir