Səyyar görüşlər problemlərə son qoyur

0
90

Mingəçevir şəhər  İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Az.Dress qəsəbəsinin  Naxçıvan 48/1, Y.Mansurov 11,13, F.Əzimov 3 sakinləri ilə keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi  Vəfadar Bağırov da iştirak edib.

Şəhər  icra hakimiyyətinin başçısı İlham İsmayılov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. O, Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsini, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərinin 100 faiz həcmində artırıldığını da diqqətə çatdırıb.

Daha sonra başçı Mingəçevirdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb: “20 məhəllə abadlaşıb sakinlərin ixtiyarına verilib. Hazırda 5 məhəllədə abadlıq işləri aparılır. Beləliklə Mingəçevirin ən ucqar məhəlləsi belə adablaşacaq”.

O, şəhər əhalisini problemlərini də dilə gətirib. Bildirib ki, hazırda əhalinin əsas problemləri binaların istilik sistemi və suvarma suyu ilə bağlıdır: ”Bu problemlərdən istiliklə bağlı məsələ artıq öz həllini tapıb. Belə ki, vaxtılə Mingəçevirdə 19 qazanxana olub. Bu ərazidə iki qazanxananın tikintisi işlərinə başlanılacaq. Digərləri də mərhələli şəkildə öz həllini tapacaq. Suvarma suyuna gəldikdə isə…artıq Az.Dres qəsəbəsində bu məsələ həllini tapıb. Suvarma suyunun verilməsi istiqamətində ərazidə işlər görülür”.

Qəbulda şəhər sakinlərinin müraciətləri də dinlənilib. Vətəndaşlar şəhərdə aparılan abadlıq işlərindən məmnun olduqlarını  söyləyiblər. Onlar bəzi problemləri də başçının diqqətinə çatdırıblar.

 Başçı sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyib, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirib.

Esmira Hidayətova, Mingəçevir