Qeyri-adilər

0
511
Dünyada baş verən qeyri-adi hadisələr o qədər çoxalıb ki, insanlar artıq eşitdikləri qarşısında təəccüblənmirlər. Bu dəfə isə ən maraqlı xüsusiyyətlərə malik olan insanların siyahısı hazırlanıb. Belə ki, gözləri olmadan görməyi bacaran, suya allergiyası olan, soyuğu hiss etməyən, heç bir şeyi unutmayan və daha fərqli qabiliyyətləri olan insanlar siyahıda yer tutublar.
Texnologiyaya qarşı allergiyası olan qadın: Müasir dövrdə insan necə texnologiyadan uzaq qala bilər? Avtomobildən istifadə etmək, mobil telefonla danışmaq və ya elektrik sobasında yemək bişirmək. Bunlar 39 yaşındakı Debbie Börd üçün əlçatmazdır. Çünki Bördün 21-ci əsrə aid bütün texnoloji cihazlarına qarşı  allergiyası var. Şəxsi biznesi ilə məşğul olan Börd,texnologiya dalğaları olan mühitdə olduğu zaman dərisi qızarır və gözləri şişməyə başlayır. Buna görə gənc qadın sağlam qala bilmək üçün evində texnoloji cihazların heç birindən istifadə etmir.Dayanmadan hıçqıran adam: 24 yaşındakı Kris Sands hər 2 saniyədən bir hıçqırır. Hətta bəzən yatarkən belə hıçqırmağa davam edir. Kris bundan xilas olmaq üçün saysız müalicə metodlarını sınasa da, onlar heç bir nəticə verməyib. O, zənn edir ki, problemin qaynağı mədə qapağında olan zədələnmədir. Bu yaxınlarda Krisin mədəsinə xüsusi balon yerləşdiriləcək. Ancaq bu müalicə metodunun effektiv olub-olmayacağı bilinmir.

Dünyanın ən kök anası: artıq çəkidən əziyyət çəkən bu qadının mədəsi normal insanın mədəsindən 2 qat daha böyükdür. 
Hazırda “dünyanın ən kök qadını” rekorduna sahib olan Donna Simpson bir müddət əvvəl dünyanın ən kök qadını olmaq üçün (317 kilodan 457 kiloya çatmaqla) internetdə bir kampaniya başladıb. 44 yaşındakı Simpson ayda 20 dollar qarşılığında saytında gündə 15 min kalorini necə aldığını göstərib. Birhəftəlik yeməyə 750 dollar xərcləyən qadın bunu pərəstişkarlarının dəstəyi ildə 90 min dollar qazandığını deyib. Ancaq iki uşaq anası olan D. Simpson artıq arıqlamaq niyyətindədir. Qadın bu qərara zənci nişanlısı Filip Qouambadan ayrıldıqdan sonra gəlib.35 ildir yuyunmayan insan: Hindistanda yeddi qızı olan ata oğlu olsun deyə 35 ildir yuyunmur. Kailaş Kalau Singh adlı bu şəxs oğlunun olması üçün nə duş qəbul edir, nə də dişlərini fırçalayır. Bunun əvəzinə, hər axşam tonqalın yanında tək ayaq üzərində dayanıb Şiva adlı Tanrısına dua edir. Kalauya görə, oddan istifadə etmək duş qəbul etmək üçün sudan istifadə etməyə bənzəyir. Onun fikrincə, alov duşu bədəndəki mikrobları öldürür. Hindistanın müqəddəs şəhərlərindən sayılan Varanasidə 63 yaşındakı Kalau hətta beş il əvvəl qardaşı öldüyü zaman da mərasim məqsədi ilə Qanq çayında yuyunmağı rədd edib. Kalau: “Buna necə başladığımı xatırlamıram. Amma təxminən 35 il əvvəl olduğunu bilirəm”,- deyib. Qeyd edək ki, çılğın hindlinin çimməməsi şəxsi dükanının bağlanmasına da gətirib çıxarıb. İndi isə Varanasi Hava Limanı yaxınlığındakı torpaqları şumlamaqla pul qazanır.Gözləri olmadan görən insan: dünyanın ən qeyri-adi qabiliyyətinə malik olan Ben Andervoda hələ 3 yaşında ikən xərçəng diaqnozu qoyulub və gözləri əməliyyatla çıxarılıb. Ancaq o gözləri olmasa da görməyi öyrənib. Delfinlər kimi öz-özünə inkişaf etdirdiyi xüsusi bir qabiliyyətlə görməyi bacaran Andervod səslə görməyi öyrənən nadir istedadlı insanlardan biridir.

Suya qarşı allergiyası olan qadın: Aşley Morris (Ashleigh Morris) nə üzməyə gedə bilir, nə də isti su ilə duş qəbul edə bilir. Çünki onun suya qarşı allergiyası var. Hətta tərlədiyi zaman bədənində ağrı verən allergik səpkilər meydana gəlir. Avstraliyada yaşayan Aşley Morrisin bu xəstəliyinin adı “Aquagenic Urticaria”dır. Mütəxəssislər bildiriblər ki, bu xəstəlik indiyə qədər dünyada cəmi 3 insanda müşahidə edilib. Qadının gigiyena problemini necə həll etdiyi isə bilinmir.
Heç yatmayan uşaq: Rett Lamb 3 yaşındakı hər uşaq kimi bir az dəcəldir. Ancaq onu digər yaşıdlarından ayıran çox qəribə bir xüsusiyyəti var. O, doğulduğu gündən bəri heç vaxt yatmayıb. Hətta uşaq illərdir gözlərini heç qırpmadan yaşayır. Bu nadir görülən xəstəliyin adı “Chiari şəkil pozuqluğu” yəni beynin 2-ci yarımkürəsinin normadan uzun olmasıdır. Buna görə uşaq istəsə belə heç vaxt yata bilmir.24 barmaqlı insan: Kubada yaşayan Hernandez Qarridonun normal insanlardan fərqli olaraq 12 əllərində, 12 ayaqlarında olmaqla cəmi 24 barmağı var. İlk baxışda aydın olmayan normal görünüşlü barmaqlar, görənləri heyrətə gətirib. Gördüklərinə inanmayan insanlar barmaqları tək- tək sayırlar. 37 yaşındakı Qarrido barmaqlarının çox olması ilə fəxr etdiyini və barmaqlarının Allahın ona hədiyyəsi olduğunu söyləyib. Ağaclara dırmaşıb hindistan qozu yığmağın onun üçün çox asan olduğunu söyləyən Qarrido, yaşadığı bölgəyə gələn turistlərlə 10 dollar qarşılığında fotoşəkil də çəkdirir. Bu rəqəm Kuba kimi minimum əməkhaqqının bir ayda 20 dollar olduğu bir ölkədə olduqca yaxşı məbləğdir. Sabit bir peşəsi olmadığı üçün barmaqları sayəsində pul qazandığını deyən gənc oğlan yaşadığı bir xatirəni də danışıb: “Hələ məktəbdə oxuyarkən müəllimlərin “5 + 5 neçə edər?” sualına cavab verə bilməmişdim. Müəllim barmaqlarınla say dedikdə isə 12 cavabını vermişdim. Vəziyyətin nə yerdə olduğunu görən müəlliməm isə soruşduğu suala görə çox utanmışdı”.

 

Dünyanın ən qabarıq dombagözlü insanı: Jalisa Tompson Ripleyin “İstər inan istər inanma” (”Believe It Or Not”) adlı kolleksiyasında dünyanın ən məşhur “qəribə insanları” kateqoriyasında iştirak edib. 
Burada dombagözləri ilə diqqət çəkən Jalisa Tompson 500 dollarlıq mükafatın sahibi olub. Kolleksiyasını bu günə qədər 10 ölkədə təqdim edən, 27 sərgisini insanlarla bölüşən çılğın kolleksiyaçı Robert Ripley müasir İndiana Cons olaraq da tanınır. Amerikalı Ripley illərdir dünyanı gəzərək insanların indiyə qədər qarşılaşdığı qəribə hadisələri yaddaşa çevirir.Buz adam: Hollandiyalı Vim Hof buzun altında üzə və buz dolu bir vedrənin içərisində saatlarla qala bilir. Ən soyuq dağlara belə yay geyimində dırmaşan 48 yaşlı Vim Hof bunları necə bacardığını özü də bilmir.

Ağrısız insan: Özünü qılıncla kəsən, mismarların üzərində yatan Tim Kridland adlı adam ağrının nə olduğunu bilmir. Normal insanlarda olan ağrı qəbuledici sinir hüceyrələr Timdə yoxdur. Anadangəlmə belə doğulan Timin ağrını hiss etməyən xüsusi bir qabiliyyəti var.

 

Dünyanın ən tüklü qızı: Taylandda yaşayan “qurd qız” və ya “meymun sifət” adlandırılan 11 yaşındakı Supatra Sasuphan “dünyanın ən tüklü qızı” kimi adı “Ginnes Rekordlar Kitabı”na daxil edilib.
 Orta əsrlərdən bəri bilinən, “Hirsutizm” adlandırılan və çox nadir rast gəlinən bu xəstəlik səhv xromosonlar səbəbi ilə yaranır. Bədənində həddindən artıq tüklənmə meydana gələn Supatra adının “Ginnes Rekordlar Kitabı”na salındığı üçün əvvəlki qədər kədərlənmədiyini, artıq üzündəki bu tüklərlə yaşamağa alışdığını bildirib. Lazer müalicəsi alan Supatra Sasuphanın kürəyindəki tüklər anası tərəfindən nizamlı olaraq təmizlənilir. İki yaşına qədər nəfəs almaqda çətinlik çəkən və 2 dəfə əməliyyat edilən Sasuphan gələcəkdə həkim olmaq istədiyini də ifadə edib.

Başları yapışıq əkizlər: Çinin cənub-qərbindəki Siçuan şəhərində bir xəstəxanada tək bədənli ancaq başları yapışıq əkizlər dünyaya gəlib. Çəkisi 4 kiloqram olan əkizlərin iki onurğası və iki yemək borusu var. Ancaq digər bütün orqanları ortaqdır. Qeyd edək ki, doğuşdan əvvəl edilən ultrasəs müayinələri zamanı körpənin ikibaşlı olduğu görünməyib. Ana da vəziyyəti doğumdan iki gün əvvəl edilən son müayinə zamanı öyrənib. Həkimlər bitişik əkizləri ayırmağın mümkün olmayacağını ancaq körpələrin yaşaması üçün əllərindən gələni edəcəklərini bildiriblər. Qeyd edək ki, 50 mində bir rast gəlinən bitişik əkiz hadisələrində körpələrin həyatda qalma şansı 25 faizə bərabərdir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here