“ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək”

0
42

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü olub.

Görüşdə V.Zelenski ABŞ-ın və Avropa İttifaqının köməyi ilə Ukrayna ərazisində müharibənin dayandırılmasını vurğulayıb. O qeyd edib ki, Ukrayna Avropanın ən böyük ölkəsidir və ən varlı dövləti olmasını da istəyir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə əməkdaşlığa hazır olduqlarını qeyd edərək bildirib: “ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək. Biz Ukraynaya yardım edirik. Ancaq istəyirik ki, digər dövlətlər də yardım etsinlər”.

ABŞ Prezidenti əmin olduğunu bildirib ki, ukraynalı həmkarı problemin həlli məsələsində Rusiya ilə razılığa gələ biləcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Nyu-Yorkda, BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi debatları gedişində Ukraynada, eləcə də bütün dünyada müharibəni dayandırmağa çağıran nitqlə çıxış edib. Ukrayna Prezidenti opera müğənnisi Vasili Slipakın ölümünə səbəb olmuş gülləni nümayiş etdirib.

O deyib: “Onun sadəcə karyerasına deyil, həyatına da son qoyan 12,7 millimetr. Bax bunun qiyməti 10 dollardır. Təəssüf ki, bu gün planetimizdə insan həyatının dəyəri budur. XXI əsrə xoş gəldik. Bu imkanlar əsrində sizin eşidilmək əvəzinə öldürülmək imkanınız var”.

Prezident Ukraynanın sivil yolla sülhü təmin etməyə hazır olduğunu dünyaya nümayiş etdirmək arzusunda olduğunu bəyan edərək bildirib ki, hazırda onun ölkəsinin əsas məqsədi müharibəni insan həyatı bahasına deyil, sülh yolu ilə dayandırmaqdır.

O vurğulayıb ki, XXI əsrdə dövlətlər arasında münaqişələri danışıqlar yolu ilə deyil, müharibə ilə həll etmək anormal haldır.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib: “Yaşadığımız müasir dünyada daha özgəsinin müharibəsi yoxdur. Ukraynada müharibə gedəndə, Avropada müharibə gedəndə sizin heç biriniz özünü təhlükəsiz hiss edə bilməz. Bütün bunların sizə dəxli olmadığı və heç vaxt da olmayacağı barədə fikir bədbəxtlik gətirə bilər