Ərdoğan: “Azərbaycan torpaqlarının işğal altında qalması qəbuledilməzdir”

0
71

BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır.

Bu fikri BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”, – deyə Prezident vurğulayıb. Qeyd edib ki, Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır. azərtac