“Milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, borcudur”

0
102

“Milli-mənəvi dəyərlərimiz milli kimliyimizin göstəricisidir”

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərindəki Mənəvi Saflıq Vətəndaş maarifçiliyi ofisində  “Azərbaycançılıq – bizi birləşdirən dəyər”  layihəsinin  “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizin göstəricisidir” adlı  növbəti maarifləndirici  tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov  bildirib ki, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır:  Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur”.

Digər  çıxış edən natiqlər – DQİDK-nin Yevlax bölgəsi üzrə əməkdaşı Sahib Hacıyev, din xadimi Əkbər Əliyev bildiriblər ki,  qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir.

 

Esmira Hidayətova, Mingəçevir