“Baku Оpen 2019”a start verilib

0
54

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə sentyabrın 20-də onuncu “Baku Оpen 2019” beynəlxalq şahmat festivalına start verilib.

Sentyabrın 28-dək davam edəcək festivalda İrandan 9, Rusiya və İspaniyanın hər birindən 2, Ukrayna, Vyetnam, Özbəkistan, İordaniya, Almaniya və ABŞ-dan 1 şahmatçı iştirak edir. Ölkəmiz festivala 208 şahmatçı ilə qatılıb.

Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir.

Festivalın uşaq turniri isə Respublika Şahmat Mərkəzində təşkil olunur. Bu turnirdə 8-10 yaşlı yüzədək şahmatçı mübarizə aparır.