Başçı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi

0
123

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü  şəhərin M.Maqomayev 51,52,54 ünvanlarındakı  9 mərəbəli binanın sakinləri ilə oldu. Görüşdə şəhər rəhbəri qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin cari ildə imzaladığı müvafiq sərəncamlara əsasən əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində əməli işlər görülüb: “Yeni iş yerləri açılıb. Ölkəmizdə bir sıra infrastruktur layihələr həyata keçirilir”. O həmçinin bildirdi ki, Mingəçevirdə də abadlıq-quruculuq işləri genişlənir, işıqlandırma sistemi yenilənir, küçə və məhəllələrdə asfaltlanma işləri görülür, yaşıllıq zolaqları genişlənir”.

O xatırlatdı ki, keçirilən görüşlərin məqsədi sakinləri narahat edən problemləri öyrənmək və onların həllinə nail olmaqdır: “Biz bilirik ki, Mingəçevir şəhərinin ən ümdə problemi binaların istilik sistemi ilə bağlıdır. Mən bir şəhər rəhbəri olaraq bu məsuliyyəti dərk edərək əvvəlcə qeyd edim ki, Mingəçevirdə 19 qazanxana var, onlardan ikisi təmir edilib. 17 qazanxananın təmirinə isə vəsait ayrılan kimi mərhələ-mərhələ başlanılacaq”. Onun sözlərinə görə, Mingəçevirdə binaların dam örtükləri də yenilənib: “Amma hələ 77 binanın dam örtüyü qalıb. Bu problem də öz həllini tapacaq”.

Sakinlərdən Zahid Qasımlı, Dusya Əliyeva, Maral Qurbanova, Nazimə Əliyeva və digərləri onları narahat edən digər problemlərdən söz açdılar. Bütün problemləri qeydə alan icra başçısı İlham İsmayılov qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

 Esmira Hidayətova, Mingəçevir