“Biz bunları hifz edib qorumalıyıq”

0
65

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərindəki Gənclər evində “Azərbaycançılıq və milli-mənəvi dəyərlər“ adlı layihə çərçivəsində “Azərbaycançılıq: Bizi birləşdirən dəyər” mövzusunda  gənclərlə maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev  qeyd edib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır: ”Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Eyni zamanda Azərbaycan xalqının mənəvi dəyələri içərisində bizim dilimiz, dinimiz, müstəqilliyimiz, xalqımızının tarixdən gələn adət-ənənələri var. Biz bunları hifz edib qorumalıyıq”.

Daha sonra DQİDK-nin Yevlax bölgəsi üzrə əməkdaşı Sərdar Məmmədov, Mingəçevir Gənclər evinin əməkdaşı Rəşad Qurbanov, Mingəçevir şəhər “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov  çıxış edərək mövzu ətrafında çıxış edərək vurulayıblar ki, Fondun əsas məqsədi ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etməkdir. Qısa müddət ərzində Fond mənəvi dəyərlərimizin təbliği baxımından, mənəvi dəyərlərimizin insanlara, xüsusilə gənclərə çatdırılması baxımından davamlı olaraq çox böyük işlər görür, dini dəyərlərin araşdırılması, dini radikalizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verir, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına maddi yardım göstərir.Tədbirin sonunda gəncləri maraqlandıran suallara aydınlıq gətirilib.

Esmira Hidayətova, Mingəçevir