E, F, C və H qruplarında birinci tura yekun vurulub

0
35

Sentyabrın 16-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin oyunlarına start verilib.

Qrup mərhələsinin birinci turunun ilk oyun günündə E, F, G və H qruplarında aşağıdakı nəticələr qeydə alınıb:

E qrupu:

“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə) – 2:0,

“Zaltsburq” (Avstriya) – “Genk” (Belçika) – 6:2.

F qrupu:

“İnter” (İtaliya) – “Slaviya Praqa” (Çexiya) – 1:1,

“Borussiya Dortmund” (Almaniya) – “Barselona” (İspaniya) – 0:0.

G qrupu:

“Lion” (Fransa) – “Zenit” (Rusiya) – 1:1,

“Benfika” (Portuqaliya) – “Leypziq” (Almaniya) – 1:2.

H qrupu:

“Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) – 0:1,

“Ayaks” (Hollandiya) – “Lill” (Fransa) – 3:0.

Qeyd edək ki, A, B, C və D qruplarının oyunları sentyabrın 18-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar. Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.