“Qarabağ” əzəli rəqibini məğlub etdi

0
76

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Son oyun günündə iki görüş keçirilib. Əvvəlcə “Keşlə” “Səbail”i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Turun mərkəzi qarşılaşmasında isə son illərin çempionu “Qarabağ” əzəli rəqibi “Neftçi” ilə qarşılaşıb. “Ağ-qaralar”ı “Tofiq Bəhramov”da qəbul edən Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. “Qarabağ” bu qələbə ilə xalını 12-ə çatdırıb və vahid liderliyini qoruyub. 
 


15 sentyabr (bazar)

20:30. “Qarabağ” – “Neftçi” – 2:0
Qol:
 Mahir Emreli, 31, Abdullah Zubir, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

18:00. “Keşlə” – “Səbail” – 1:2
Qol:
 Mirabdulla Abbasov, 18 (0:1), 31-pen. (0:2), Lorenzo Frutos, 54 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Bakcell Arena”


14 sentyabr (şənbə)

“Sabah” – “Qəbələ” – 0:1

“Sumqayıt” – “Zirə” – 1:2


NKlublarOQHMT-FX
1Qarabağ440010-012
2Səbail43016-59
3Zirə42114-37
4Keşlə42026-36
5Neftçi41123-54
6Sumqayıt41034-73
7Qəbələ41031-93
8Sabah40222-42