Bizi birləşdirən dəyər – azərbaycançılıq

0
124

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərindəki “Zəhra” məscidində “Azərbaycançılıq və milli-mənəvi dəyərlər“ adlı layihə çərçivəsində “Azərbaycançılıq: Bizi birləşdirən dəyər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov bildirib ki,  cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir: ”Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq bizi birləşdirən dəyərdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, cəmiyyətin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını da irəli sürdü. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir”.

 

Tədbirdə daha sonra  DQİDK-nin Yevlax bölgəsi üzrə əməkdaşı Sahib Hacıyev, din xadimləri – Vüqar Hacıyev, Mübariz İsaoğlu çıxış edərək  milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır, – deyə qeyd ediblər.  Tədbir  qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Esmira Hidayətova, Mingəçevir