Prezident İlham Əliyevin adından hədiyyələr təqdim olundu

0
23

Prezident İlham Əliyevin adından aztəminatlı məcburi köçkün ailələrinin övladlarına növbəti dəfə hədiyyələr təqdim olundu

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin qərargahında məcburi köçkünlər üçün dövlət tərəfindən pay verilən məktəbli geyim formalarının təqdimat mərasimi keçirildi.

Tədbiri Birliyin sədri, müharibə veteranı Şamil Sabiroğlu açaraq bildirdi ki, məktəbli geyim formaları Azərbaycan Respublikasının   Prezidenti cənab İlham Əliyevin adından, eyni zamanda,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayevin tapşırığına əsasən 1-4-cü siniflərdə təhsil alan məcburi köçkün övladları üçün dövlət tərəfindən verilən bir hədiyyədir.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalı şəhidi Vasif Məmmədovun ömür-gün yoldaşı Ceyran Əzizova  Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayevə bu nəcib təşəbbüsə görə xocalılar adından öz dərin minnətdarlığını bildirdi.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Qadınlar Şurasının sədri, Xocalı şəhərindən məcburi köçkün Ayna Allahyarqızı, ”Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı Naibə Behbudova,  Xankəndi şəhərindən məcburi köçkün Aygün Həsənova, Xocalıdam məcburi köçkünlər- II dərəcəli müharibə əlili Hüseynağa Quliyev, Ehtiram Nağıyev və başqaları  dövlətimizin başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini bildirdilər. Bu hədiyyəyə görə aidiyyəti orqanların rəhbərlərinə öz təşəkkür etdilər.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından verilən hədiyyələr aztəminatlı məcburi köçkün ailələrinin övladlarına təqdim olundu.

       

Türkanə Səfərova, Mətin Abdullasoy,

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşları.

Fotolar Arif  Salahova məxsusdur. (ikisahil.com)