“Mənəvi dəyərlər nədir?”mövzusunda maarifləndirici tədbir keçirilib

0
75

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhər “Zəhra” məscidi dini icması “Azərbaycançılıq və milli-mənəvi dəyərlər“adlı layihə çərçivəsində “Mənəvi dəyərlər nədir?”mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Mingəçevir şəhər “Zəhra” məscidi dini icmasının sədri Samit Lətifov, DQİDK-nin Yevlax bölgəsi üzrə əməkdaşları Fərid Vaqifli, Sahib Hacıyev, Mingəçevir şəhər “Heydər” məscidinin naib imamı Müşfiq Nəcəfov, ziyalılar, gənclər və din xadimləri iştirak ediblər.


Natiqlər bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq, xüsusilə gənclərin öz milli-mənəvi dəyərlərinə sahib çıxmalı olduğunu və milli ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Qeyd edilib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Unutmayaq ki, milli ideologiya, tarix, dil, dinimiz, milli mədəniyyət və incəsənət, millətin, xalqın yaddaşını ehtiva edən  folklorumuz bizim  milli-mənəvi dəyərlərimizdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir