Mingəçevir Teatrında “Caninin etirafı” olacaq

0
233

Sentyabr ayının 2-dən artıq 51-ci teatr mövsümünə başlayan Mingəçevir Dövlət Dram Teatrı yarandığı 1968-ci ildən respublikanın ən aparıcı teatrlarından biri olub. Çünki bu teatrda ilk vaxtlardan çox peşəkar rejissorlar və aktyorlar işləyiblər. Bu teatr 1969-cu ildə Cəfər Cabbarlının “Almaz” pyesi ilə pərdələrini tamaşaçıların üzünə açıb. Bu tamaşanın da quruluşçu rejissoru, teatrın ilk baş rejissoru  İldırım Cabbar və rejissoru Xalq artisti Zülfüqar Abbasov olub. Mingəçevir teatrının az bir vaxtda böyük uğurlarını görən respublika rəhbərliyi 1974-cü ildə  teatra Azərbaycan səhnəsinin korifey sənətkarlarından biri, SSRİ Xalq artisti Mərziyyə Davudovanın adını verib.

Teatr yarandığı ilk vaxtlardan  repertuarını Azərbaycanın, dünya klassiklərinin və müasir dramaturqlarının ən yaxşı əsərləri bəzəyib. Bunlardan – Mirzə İbrahimovun  “Kəndçi qızı”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Unuda bimirəm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Nikolay Qoqolun “Müfəttiş”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsa Hüseynovun “Haray”, “Təcili teleqram”, “Quru budaq”, Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi”, “Kimin sualı var?” (eyni adlı poema əsasında), Cəlil Məmmədquluzadənin “Ölülər”, Mixail Zarudinin “Yol kənarı”, Sabit Rəhmanın “Toy”, Nəbi Xəzrinin “Qütb ulduzu”, Zülfüqar Abbasovun “Vətən dərdi”, “Qisas günü”, Aleksey Arbuzovun “Sərt oyunlar”, Sabir Azərinin “Duman çəkilir”, Ağalar İdrisoğlunun “Məhkəmədən əvvəl məhkəmə”, Nodar Dumbadzenin “Mən nənəm, İliko, İllarion”, İsi Məlikzadənin “Gəl qohum olaq”, Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) və sairə tamaşalar uğur qazanmaqla yanaşı, həm də tamaşaçıların böyük marağına səbəb olub.

Bir vaxtlar bu teatrın direktoru işlyən Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa Əlimov, Heydər Heydərov, Nazir Qafarov, Həsən Həsənov, baş rejissorlar İldırım Cabbar, Füzuli Sərkərov, bədii rəhbər-direktor Zülfüqar Abbasov teatrın inkişafı üçün əllərindən gələni ediblər. Sonralar teatrda baş rejissor işləyən Vaqif Ağayev, Rövşən Almuradlı, Günay Səttar, Xəzər Gəncəli də bir-birindən maraqlı tamaşalar  hazırlamaqla Mingəçevir Dövlət Dram Teatrını respublikanın ən aparıcı teatrlarından biri ediblər.

Son beş ildə yüksək təşkilatçılığı ilə seçilən Səxavət Məmmədovun Mingəçevir Dövlət Dram Teatrına rəhbərlik etməsi bu sənət ocağına yeni çalarlar əlavə edib.

Mingəçevir şəhər İcra Hakimyyətinin başçısı, dəyərli ziyalı İlham İsmayılovun yüksək təşkilatçılığı ilə teatrın 50 illik yubileyinin təntənəli və yüksək səviyyədə  keçirilməsi bir daha sübüt elədi ki, ziyalıların teatra marağı çox böyükdür. Bu ziyalıları  yenidən teatra qaytarmaq, onlarda tamaşalara maraq yaratmaq üçün Səxavət Məmmədov başda olmaqla, teatın yaradıcı heyəti maraqlı repertuar qurur.

Hər bir teatrda yaxşı aktyor teatrın güzgüsü olduğu kimi, bir vaxtlar bu teatrda və elə bu gün də çox istedadlı aktyolar, aktrisalar çalışıb və çalışırlar. Bunlardan – Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər – Vaqif Məmmədov, Nisə Rzayeva, Akif  Mirabov, Şıxı Yaqubov, artistlər İsa Əlimov, Kifayət Əliyeva, Mirbaba Xəlilov, Heybət Hörmətzadə, Elmira İsmayılova, Lətifə Hüseynova, Telman Şərifov, Əlisa Kərimov, Şirəli İlyasov, Gəray Gərayev, Məzahir Ağayev, Təvəkkül Əhmədov, Zülfü Məmmədov, Neftun Tağıyev, Zakir Qurbanov, Ərşad Qoçəliyev, Ayaz İbrahimov, Afət Əliyeva, Qabil İbrahimli, Elmira İbrahimova, Mətanət Ağayeva,  Aydın Qulyev, Nəsibxan Əliyev, Ruhəngiz Abdullayeva, Firuz Hacıyev, Asim Məmmədov, Könül Hacıyeva ilə yanaşı, çoxlu istedadlı gənclər də maraqlı rollar oynamaqla tamaşaçı marağına səbəb olurlar. Cavan və perspektivli aktyor və aktrisalardan – Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Vüsalə Qulyeva, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəlyev özlərinin maraqlı oyunları ilə rejissorların ümidini daha çox doğruldurlar. Və özlərinin çalışqanlığı, oynadığı rollara daha ciddi yanaşmaları ilə gələcəkdə daha maraqlı aktyorlar olacağını sübut etməyə çalışırlar.

Teatrda sentyabr ayının 2-dən daha böyük canlanma var. Belə ki, həmin gündən Mingəevir Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, xalqımızın sevimlisi Dədə Aşıq Şəmşirin yadigarı, şair, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” ikihissəli faciə-məhəbbət odası əsərinin məşqələrinə başlanılıb. Az bir vaxtda oxucular arasında böyük maraqla qarşılanan “Caninin etirafı” romanını müəlliflə birlikdə səhnə üçün Nəriman Ocaqlı və Ağalar İdrisoğlu səhnələşdiriblər. Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaos, vətəndaş qırğınına hazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olumnasına, hakimiyyət üstündə gedən mübarizəyə, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli adamların hətta cinayətə əl atmasına həsr olunub. Çox kəskin, dramatik süjetli bu pyesdə, qırmızı xəttlə nakam məhəbbət mötivləri də maraqlı boyalarla göstərilir. Qızlarımızın səbirsiz olması, öz məhəbbəti yolunda vuruşmaması və kənar fitfalara uyub özlərini məhv etməsi də müəllif tərəfindən çox ustalqla işlənilib. İnanırıq ki, bu tamaşa böyük tamaşaçı marağına səbəb olacaq.

Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistetnti Məlahət Ağayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov, Əməkdar artsistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Əhmədov, Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Afət Əliyeva, Elmira İbrahimova, Firuz Hacıyev, Məlahət Ağayeva, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Quliyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əliyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tamaşaçılara təqdim edəcəklər.Tamaşanın ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub.

Sentyabr ayının 16-da isə Mingəçevir Dövlət Dram Teatrı, dünya şöhrətli məşhur ispan dramaturqu Federiko Qarsio Lorkanın “Qanlı toy” əsəri ilə tamaşaçılarla görüşəcək. Bu tamaşanı ispan dilindən Azərbaycan dlinə Əfqan Xəlilli tərcümə eləyib. Bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olacaq. Tamaşanın qruluşçu rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu rəssamı Kəmalə Əsgərova, aranjimançı, musiqi tərtibatçısı  Ramiq Nəsirov, tamaşanın plastik  həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Mətanət Ağayevadır. Keçən mövsümün sonunda təhvil verilən “Qanlı toy” tamaşası və Xalq artisti Valeh Kərimovun quruluşçu rejissoru olduğu Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) tamaşası, inanırıq ki, Mingəçevir və qonşu rayon tamaşaçılarının sevdikləri və böyük həvəslə baxdığı tamaşalar olacaqlar. Onu da vurğulamaq istəyirik ki, teatra Əməkdar artist Akif Mirabovun, təcrübəli aktyorlar Təvəkkül Əhmədovun, Nəsibxan Əliyevin yenidən qayıtmaları və teatra dəvət olunan Xalq aristi Valeh Kərimovun bu teatrın səhnəsində tamaşalar hazırlaması, rollar oynaması təkcə kollektivdə yox, həm də Mingəçevir tamaşaçılrında böyük maraq yaradıb.

Vüsal  Məmmədov