“Türkiyədə təhlükəsizlik sahəsində ciddi islahatlar aparılacaq”

0
391
Türkiyənin Baş Naziri Əhməd Davudoğlu ölkədə təhlükəsizlik sahəsində ciddi islahatlar aparılacağını bildirib. Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Məlumata əsasən, aparılacaq islahatlar çərçivəsində bundan sonra cəmiyyətin təhlükəsizliyini təhdid edən hər hansı bir toplantı, nümayiş keçirmək qadağan olunacaq.

Baş nazir qeyd edib ki, bütün bunlarla yanaşı, nümayişlər zamanı sifətin gizlədilməsi üçün xüsusi maskaların taxılması qadağan olunacaq və bunu edən şəxslərə qarşı cinayət işi açılacaq.

Ə.Davudoğlu onu da əlavə edib ki, nümayişlər zamanı “Molotov kokteyli”nin atılması, onun hazırlanması və hazırlanmasının planlaşdırılması cinayət hesab ediləcək.

Qeyd edək ki, Türkiyədə bu ilin dekabr ayından etibarən yeni biometrik şəxsiyyət vəsiqələri veriləcək. Yeni vəsiqələr indikilərdən bir çox üstünlükləri ilə seçiləcək. Belə ki, yeni biometrik şəxsiyyət vəsiqələrində vətəndaş haqqında bütün məlumatlar toplanmaqla yanaşı, bir sıra əməliyyatların da yerinə yetirilməsi mümkün olacaq.

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi ilə vətəndaşlar məhkəməyə müraciət etmədən soyadlarını dəyişdirmək imkanı əldə edəcəklər. Digər yeniliklərdən biri isə odur ki, yeni biometrik şəxsiyyət vəsiqələri ilə vətəndaşlar lazım olduğu zaman polisə yerində ifadə verə biləcəklər.

Axtarışda olan şəxslər və ya valideynlərin müraciəti əsasında polisə itkin düşən uşaq haqqında məlumat verilərkən həmin şəxslərin əlamətləri barədə əhaliyə avtomatik olaraq SMS göndəriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here