Millimiz ilk xalını qazandı

0
35

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Yığmamız 6-cı turda “Bakcell Arena”da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.

Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Pavel Paşayev və Cavid Hüseynov yer alıblar.

Xorvatiya yığmasının ilk onbirliyində isə meydana Dominik Livakoviç, Borna Barişiç, İvan Perişiç, Deyan Lovren, Luka Modriç, Marselo Brozoviç, Nikola Vlasiç, Ante Rebiç, Bruno Petkoviç, Domaqoy Vida və Karlo Bartolets çıxıblar.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzmuşdu. Belə ki, yığmamız bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3, Slovakiyaya 1:5, üç gün öncə isə Kardiffdə Uelsə 1:2 hesabı ilə uduzub.

Xatırladaq ki, Azərbaycan Avro-2016-nın seçmə mərhələsində Bakıda Xorvatiyaya qarşı matçda da heç-heçə etmişdi – 0:0.

9 sentyabr

20:00. Azərbaycan – Xorvatiya – 1:1
Qollar: 
Modriç, 11-pen (0:1), Təmkin Xəlilzadə, 72 (1:1)
Baş hakim: Sandro Şerer