Millimiz yenə məğlub oldu

0
37

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhər stadionunda keçirilən Uels-Azərbaycan oyunu 2:1 hesabı ilə yekunlaşıb. Matçın ilk hissəsində futbolçumuz Pavel Paşayev avtoqola imza atıb. Matçın 59-cu dəqiqəsində millimizin üzvü Mahir Emreli hesaba tarazlıq gətirib. 84-cü dəqiqədə Qaret Beyl komandasının qələbə qolunu vurub. Beləlikə, Nikola Yurçeviçin komandası ardıcıl 4-cü oyunda da məğlub olub.

Azərbaycan millisinin start heyətində Səlahət Ağayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Mahir Emreli, Ramil Şeydayev, Dmitri Nazarov, Anton Krivotsyuk, Riçard Almeyda və Pavel Paşayev yer alıblar.

Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens və Daniel Ceyms çıxıblar.

6 sentyabr

22:45. Uels – Azərbaycan – 2:1
Qol: 
Pavel Paşayev, 26-avtoqol (1:0), Mahir Emreli, 59 (1:1), Qaret Beyl, 84 (2:1)
Baş hakim: Farrucia Kann Trustin
Kardiff şəhər stadionu

1. Macarıstan 4 3 0 1 6:4 9
2. Xorvatiya 4 3 0 1 9:4 9
3. Uels 4 2 0 2 4:4 6
4. Slovakiya 4 2 0 2 7:6 6
5. Azərbaycan 4 0 0 4 4:12 0