Alimlərin yenidən yaratdığı heyvanlar

0
28

Bu gün sizə genetikası bəlli səbəblərə görə dəyişdirilmiş 7 heyvan haqda məlumat veririk. Elm dünyasında böyük yol açmış bu heyvanlar hər kəsi təəccübləndirməyi bacarır.

Teleqeraf.com alimlərin müxtəlif heyvanlar üzərində apardığı təcrübələri və nəticələri haqda məlumatları təqdim edir.

1. Tüksüz toyuq

İsrailli bir professorun kəşfi olan tüksüz toyuqlar isti bölgələrdə çətinliklə üzləşən heyvanlar üçün sınaq məqsədilə çoxaldılıb. Bundan sonra isə sözügedən layihə fabriklərdə tük yolma işinə görə xərcin azaldılması məqsədilə genişləndirilib.

Bu gün isə bu toyuqlara demək olar ki, dünyanın bütün ölkələrində rast gəlinir. Lakin tüklərinin olmaması bu ev quşlarına həyati təhlükələr yaradır. Çünki tükləri olmadığına görə həşaratlar və arılar üçün asan hədəfə çevrilən tüksüz toyuqlar eyni zamanda, qanadları olmadığı üçün özlərini müdafiə edə bilmir.

2. İnsan donuz

ABŞ-da donuz bədənində insan orqanlarının istehsalı başlanılıb. Donuz embrionlarına köçürülən kök hüceyrələrlə “chimera” adlandırılan insan-donuz hibridi layihəsi dünyada tibb sahəsində cığır açıb.

İnkişaf etdirilən donuz embrionları normal donuzlara bənzər quruluşdadır, lakin orqanlarından biri insan hüceyrələrindən ibarətdir. Elm adamları bu layihənin orqan köçürülməsində böyük nailiyyətlərin əldə edilməsinə imkan yaradacağını düşünürlər.

3. İnsan qulaqlı siçan

1997-ci ildə elm adamları insan qabırğalarından əldə edilən qığırdaq nümunələrindən istifadə edərək, belində qulaq olan siçan kəşf etdilər.

İnsan DNT-sinə oxşaması səbəbindən siçanların istifadə olunduğu bu təcrübə sıradan çıxmış insan orqanlarının yenidən bərpası məqsədilə həyata keçirilib.

4. Mutant köpək

Çinli alimlər adi köpəklərdən iki dəfə daha böyük və güclü olan mutant köpək kəşf ediblər.

Genetikası dəyişdirilmiş bir köpəkdən klonlanan Lonq Lonq adlı köpəyin digər həmcinslərindən daha güclü və daha ağıllı olduğu iddia olunur.

5. Ağcaqanad

Bu ağcaqanadlar sürətli və tez ölmələri üçün kəşf olunub. Hər il təxminən 50 milyon insanı ölümcül xəstəliyə yoluxduran Danq qızdırması dişi ağcaqanadlarla yoluxur.

Elm adamları da ağcanqanadların genetik quruluşunu dəyişdirərək növlərini yox etməyi planlaşdırır. Hələlik yeni ağcaqanad layihəsi bir nəticə verməsə də araşdırmalar davam edir.

6. Transparan qurbağa

Transparan qurbağa hazırlayan elm adamları bununla qurbağanın orqanlarının döldən yetkinliyə qədər hansı formada böyüdüyünü və inkişaf etdiyini müşahidə etmək niyyətindədir.

7. Nəhəng inək

Bu nəhəng inək Belçikada bir fermada yaşayır. Bir çox insan inəyin “steroid” adlanan kimyəvi və ölümcül maddə sayəsində bu hala gəldiyini düşünür.

Lakin inəyin sahibi heyvanın genetik bir mutasiya ilə doğduğunu, bu səbəbdən nəhəng olduğunu iddia edir. teleqraf.com