İcra başçısı uşaqları sevindirdi

0
158

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir. Bu aylıq çərçivəsində müxtəlif silsilə tədbirlərin həyata keçirilməsi dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına, vətəndaş cəmiyyətlərinə və icmalara tövsiyə edilir və bununla əlaqədar çoxsaylı işlər görülür.

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların İşləri və Hüquqları üzrə Komissiya və Mənzil İstismar Sahələri  tərəfindən uşaq və yeniyetmələr arasında “Sülh aylığı” çərçivəsində “Qoy həmişə günəş olsun” mövzusunda  rəsm müsabiqəsi keçirilib.

 Mingəçevir stadionunda təşkil olunan tədbirdə 28  uşaq və yeniyetmər iştirak edib.  Uşaq bağçalarının balaca fidanları tədbirdə rəngarəng şeirlər səsləndiriblər.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham ismayılov da iştirak edib. Başçı əvvəlcə uşaqların asfal üzərində çəkdikləri bir-birindən maraqlı rəsmlərinə tamaşa edib. Şagirdlər çəkdikləri rəsmlər haqqında ona məlumat veriblər. Tədbirdə icra başçısı mövzu ilə bağlı çıxış edib. Başçı bildirib ki, uşaqların asfalt üzərində əks etdirdiklər sülh düşüncələri onda xoş duyğular yaradıb. O, həmçinin uşaqların vətənpərvərlik ruhunda böyüməsindən, tərbiyələnməsindən bəhs edib. Onları vətəni sevməyə, vətənpərvər olmağa səsləyib.

Tədbirin sonunda qaliblərə diplom və həvəsləndirici hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirdə Uşaq –Gənclər İnkişaf Mərkəzinin əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Esmira Hidayətova, Mingəçevir