Qubada polis əməkdaşları yaralı heyvanı xilas edib

0
28

Quba rayonunda meşəlik ərazidə tapılan yaralı ceyran Xızının Altıağac qəsəbəsində yerləşən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında müalicə olunacaq.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun İspik kənd ərazisində xidmət aparan zaman meşəlik ərazidə yaralı ceyran aşkarlayıblar. Yaralı ceyran xidməti avtomobillə Polis Şöbəsinə gətirildikdən sonra baytarlıq xidməti əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib.

Bundan sonra ceyran Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarına təhvil verilib.

Yaralı ceyran Xızıdakı klinikada reabilitasiya dövrü keçdikdən sonra yenidən təbiətə buraxılacaq. azərtac