Zelenski Avakyanı niyə vəzifəsindən çıxara bilmədi?

0
29

Xəbər verdiyimiz kimi, ötən həftə Ukrayna Ali Radası Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. Yeni hökumətin tərkibində əvvəlki nazirlərdən yalnız 2 nəfər – Daxili işlər naziri Arsen Avakyan və Maliyyə naziri Oksana Markarova saxlanılıb.
alpaninfo.com yeniavaz.com-a istinadən xəbər verir ki, Ukrayna mətbuatında ən çox müzakirə olunan məsələ Arsen Avakyanın yenidən Daxili işlər naziri təyin olunması olub. Arsen Avakyan keçmiş prezident Petro Poroşenkonun ən yaxın silahdaşlarından biri olub. Bu səbəbdən də Avakyanın Daxili işlər naziri vəzifəsində saxlanılması Zelenski tərəfdarlarının narazılığına səbəb olub.
Ukraynalı jurnalist Denis Yudin yazdığı məqaləsində iddia edir ki, Zelenski Avakyanı Daxili işlər naziri vəzifəsində azad etməkdən çəkinib. Bildirilir ki, Avakyan son 5 ildə həm Daxili İşlər Nazirliyinin, həm də Milli Qvardiyanın tərkibində gizli şəbəkə qura bilib. Jurnalist iddia edir ki, yalnız Avakyana bağlı olan gizli silahlı birləşmələr var. Bu səbəbdən də Zelenski özünə əlavə problemlər yaratmamaq üçün Avakyanı vəzifədə saxlamağa və onu tədricən neytrallaşdırmağa çalışacaq.  
Məlumat üçün bildirək ki, Aresn Avakyan 1964-cü ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulub. Atası erməni əsilli Boris Surenoviç Avakyan hərbi təyyarəçi olub. Anası isə osetin Tani Matveyevna Qabaraeva olub. 2005-10-cu illərdə Xarkov vilayətinin qubernatoru, 2012-14-cü illərdə Ukrayna parlamentinin deputatı olan Avakyan eyni zamanda Ukraynanın ən varlı şəxslərindən biri hesab olunur. Bir-neçə il əvvəl açıqlanan rəsmi məlumata görə Avakyan Ukraynanın ən varlı şəxsləri arasında 118-ci sırada yer alıb. Rəsmi şəkildə açıqlanan sərvəti isə 100 milyon dollara bərabərdir.