“Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb

0
61

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Linfild” oyunu Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun son dəqiqələrində “Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. İkinci qolu rəqib qapısından 88-ci dəqiqədə Abdullah Zubir keçirib. Lakin oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Şayne Laveri buraxılmış toplardan birinin əvəzini çıxsa da, bu, komandamızın növbəti mərhələsinə yüksəlməsinə mane olmayıb. Beləliklə “Qarabağ” iki oyunun nəticəsinə görə (2:3, 2:1) UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, “Qarabağ” beşinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu
29 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Linfild” (Şimali İrlandiya) – 2:1
Qollar: 
Romero, 6, Zubir, 88 – Leyveri, 90+3
Baş hakim: Sergey İvanov (Rusiya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Queye Maqaye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaçer, 8. Bastiyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Kris Kasement, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment. 
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçel
Baş məşqçi: David Hili
Bakı. T.Bəhramov adına Respublıika stadionu
İlk oyun – 2:3