“AK Partiyasında boğulma əlamətləri görsənir”

0
283
Türkiyənin iqtidar partiyası AKP-nin sabiq sədr müavini Dengir Mir Mehmet Fırat, qurucularından olduğu ancaq prezident seçkilərindən əvvəl üzvlüyündən çıxdığı AKP-nin hazırkı vəziyyətindən gileylənib. “Cihan” xəbər agentliyinə müsahibə verən D. M. Fırat, yola “ağ olmaq” şüarı ilə çıxdıqlarını ancaq hazırda partiyanın bir çox prinsiplərindən vazkeçdiyini ifadə edib: “Partiyanın adı çox əhəmiyyətli idi. AK Partiyası. Müxaliflərimiz bu adı istifadə etməmək üçün həmişə AKP deyərdi. Biz də “Xeyr, bu AK Partiyasıdır” deyərdik. Çünki biz partiyamızın ağ olduğu qənaətindəydik. Elə olmanın idealı ilə yola çıxılmışdı. Rüşvət və korrupsiya olmamalı idi. Korrupsiya, qadağalar, yoxsulluq. Bunlar olmamalı idi. Təəssüf ki, bu üç prinsipdən imtina etmişik”.
“AK Partiyasının hazırkı vəziyyətindən təəssüf hissi yaşayıram”

Partiyanın hazırkı vəziyyətindən təəssüf hissi keçirdiyini söyləyən D. M. Fırat: “Məyusam. Çünki AK Partiyası həqiqətən Türkiyədə 1950-ci ildə Demokrat Partiyanın isə başlamasından bu günə qədər çox əhəmiyyətli bir vəzifəni öz üzərinə götürmüşdü. Rəhmətlik Özal, Türkiyəyə iqtisadi-liberal quruluş gətirmişdi. Amma iqtisadi-liberal quruluş siyasi-liberal quruluşla dəstəklənmədiyi üçün vəhşi bir kapitalizmə çevrildi. AK Partiyası, Türkiyəni siyasi liberalizmlə yəni, demokratiya və azadlıqla tanış etmək idealı ilə yola çıxmışdı. Avropa Birliyi (AB) yolunda mühüm addımlar atılmışdı. İnkar edilə bilməyəcək, inqilabi dəyişiklər baş vermişdi. Türkiyədə sülh prosesi ilə axan qan durdurulmuşdu.  Kaş, bu işlər tamamlanardı”, – deyib.

 

”Xalqımız partiyaya bu imkanı bəxş etmişdi “

Fıratın sözlərinə görə,  heç bir partiyaya nəsib olmayan xalq dəstəyinin qarşılığı verilmiş olsaydı, dünya siyasət tarixinə AK Partiyasının adı qızıl hərflərlə yazılardı. Onun sözlərinə görə, AKP xalqın inamını doğrultmadı: “AKP Türkiyədə adam başına düşən milli gəliri 2-3 min dollardan 10 min dollara yüksəltdi amma 2010-cu ildən etibarən bu proses orada sıxışıb qaldı. Kaş ki, bu gün həmin rəqəm 15 min dolları keçərdi, işsizliyin səviyyəsi aşağı düşərdi, yəni insanlar xoşbəxt olub, “bu mənim ölkəm” deyə bilsəydi. Buna imkan da var idi. Xalqımız partiyaya bu imkanı bəxş etmişdi”.

Fırat: “Mən inanıram ki, əgər o prosesi davam etdirə bilsəydik, bu gün Rəcəb Tayyib Ərdoğanın heykəlləri meydanları bəzəyəcəkdi. AK Partiyasının da adı dünya siyasət tarixinə qızıl hərflərlə yazılmış olacaqdı. Yəni üzdük üzdük bütün çətinliklər sovuşdu, tam “artıq çıxırıq” dediyimiz yerdə təəssüf ki, AKP qıc oldu. Hazırda partiya boğulma əlamətləri göstərir. “deyib.

 

“İqtidar insanı dəyişdirir”

“İqtidar insanı dəyişdirir” deyimini xatırladan Fırat, ədliyyə sistemi ilə bağlı son qanun dəyişikliklərini belə dəyərləndirdi: “Bu, başlanğıcdır. Əgər şiddətə, hüquqsuzluğa yönəlirsinizsə, bunun sərhədi yoxdur. Bir qanun qane etməz, daha ağır bir qanun gətirərsiniz. O da olmaz, daha ağırı olar. Yəni bunu 1990-cı illərdə yaşadıq. “Cinayətkarlara yardım və dəstək” ittihamı ilə on minlərlə insanı həbsə saldılar. Terrorla mübarizə qanunları durmadan sərtləşdirildi”.

 

“Yeni Türkiyə” budursa mən 2010-cu ildən əvvəlki Türkiyəni istəyirəm”

”Yeni Türkiyə” ifadəsi altında köhnə dövlət refleksinin yenidən ortaya çıxıb-çıxmadığı sualına isə Dengir Mir Mehmet Fırat: “Vallah, “Yeni Türkiyə” deyilən bir şey yoxdur. Bu, insanın özünü təkzib etməsinə bənzəyir.  Prezident seçkisindən bu yana ‘Yeni Türkiyə” deməklə 12 illik iqtidar dövrü pislənir. “Yeni Türkiyə” “Onlar köhnə idi, onlar pis idi” mənasında istifadə edilir. Bununla yanaşı bir tərəfdən də həmin 12 illik iqtidara da sahib çıxılır. Deyilir ki, “bu qədər yaxşı şeylər etdik”. Burada bir tərslik var. “Yeni Türkiyə” deyə bir şey yoxdur”. Yeni Türkiyənin olması üçün Avropadakı kimi bir azadlığın, insanların bu ölkədə yaşadığı üçün xoşbəxt olmalarının vacib olduğunu deyən Fırat, “Yeni Türkiyə” əgər budursa, mən şəxsən 2010-cu ildən əvvəlki Türkiyəni istəyirəm”, ifadəsini vurğuladı.

 

“Ərdoğanın bir ayağı baş nazirlikdə, digər ayağı isə prezidentlikdədir’

Prezident Ərdoğanın Konstitusiyada təsvir edilən bir Prezident olmadığına diqqət çəkən Fırat, “Hələ də bir ayağı Baş Nazir kreslosunda, bir ayağı da prezident kreslosundadır. Bu doğru deyil. Bu, Konstitusiyaya ziddir. Bu eyni zamanda bir dövlət böhranının işarələridir” , – deyib.

 

“Sandıq insanları təmizə çıxarmaz”

Sandıqdan bəzi şeylərin çıxmayacağını vurğulayan Fırat: “Seçki sandığı ilə insanlar təmizə çıxmaz. Konstitusiyada olmayan hüquqlar sandıqda sizə bəxş edilə bilməz. Hüquq nə deyirsə onunla hərəkət edilməlidir. Prezidentlik sistemi gətiriləcəksə, sistemin quruluşu, sərhədləri təyin edilməlidir.  Ona görə davam etmək lazımdır”, dedi O, Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisində (TBMM) Prezident and içtdiyini xatırladaraq, onun həmin anda riayət etmək məcburiyyətində olduğunu söylədi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here