İcra başçısı: “Mən sizi əmin edirəm ki…”

0
172

“Son illər Mingəçevirdə aparılan quruculuq-abadlıq işləri, eləcə də İcra başçısının sakinlərlə keçirdiyi səmimi səyyar görüşlər də bizim ürəyimizcədir”. Bu sözləri bu gün Energetiklər qəsəbəsində keçirilən səyar görüşdə qəsəbə sakini Şərəf Şirinov deyib. O, bildirib ki, illər öncə yığılıb qalan problemlərimiz bu gün gündəmə gəlir: “Problemlər öyrənilir və həlli üçün şəhər rəhbərliyi tərəfindən addımlar atılır. Bunu şəhərimizin inkişafında görürük. Bunun üçün dövlət başçımıza minnətdarlıq bildiririk”.

“Ölkəmizdə hər bir sahədə inkişaf və tərəqqi var” deyən icra başçısı İlham İsmayılov keçirilən görüşdə qeyd edib ki, dinamik inkişaf ildən-ilə güclənir, Azərbaycan daha da qüdrətlənir. İqtisadiyyatımız gücləndikcə bütün sahələrdə inkişaf sürətlənir: ” Keçirilən səyyar görüşlərin məqsədi insanların problemlərini öyrənir, onları həlli mərhələli şəkildə həyata keçirməyə çalışırıq. Biz sizdən üzr istəyirik ki, bu kimi qaldırılan problemlər vaxtında həllini tapmayıb. Mən sizi əmin edirəm ki,  başladığımız bu abadlıq-quruculuq işlərini davam etdirəcəyik. Buna heç kimin şübhəsi olmasın. Hamıya yaxşı məlumdur ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri arasında xüsusi yer tutur. Bu gün Azərbaycanda iqtisadi inkişaf yüksək surətlə artır, əhalinin sosial-rifah səviyyəsi yüksəlir”.

Daha sonra qəsəbə sakinləri onları narahat edən problemlərdən söz açıblar. Onlar yaşayış binalarında istilik sisteminin olmamasından, zirzəmilərdə çirkab suların olmasından şikayətləniblər. Məcburi köçkünlər isə mənzil şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac olduğunu diqqətə çatdırıblar.

Bütün problemləri dinləyən icra başçısı qeyd edib ki, istilik sistemi ilə bağlı danışıqlar aparılır: “Artıq bu problemin həllində irəlləyişlər mövcuddur. Məcburi köçkünlərlə gəldikdə isə…Mingəçevirdə tikiləcək yeni binalara ən çətin şəraitdə yaşayan köçkünlər köçürüləcək”.

Başçı digər qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlara tapşırıq və tövsiyyələr verib.

Esmira Hidayətova, Mingəçevir