İcra başçısı tələbə adını qazanmış gənclərlə görüşüb

0
382

Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçı İlham İsmayılov əvvəlcə tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar azrulayıb.

Başçı ölkəmizdə, o cümlədən Mingəçevir şəhərində  təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən də danışıb: ”Son illər Mingəçevirdə 4 yeni məktəb binası tikilib. Biri da hazırda tikilir. 11 məkəb əsaslı təmir edilib, biri də əsaslı əmir olunur. Eyni zamanda 12 və 17 saylı məkəblərin əsaslı təmir məsələsi də nəzərdə tutulub. Bütün bunlar dövlət başçımızın təhsilə olan diqqət və qayğısıdır”.

Daha sonra çıxış edən Mingəçevir Təhsil şöbəsinin müdiri Sahib Məmmədov bildirib ki, 2018/2019-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 760 nəfər buraxılış məzunlarından 630 nəfəri ali məktəblərə sənəd verib: “Onlardan 460 nəfəri tələbə adını qazanıb. Bu 73 % deməkdir. Bu da respublika üzrə ən yüksək nəticələrdən sayılır. Onu da qeyd edim ki, bu il ali məktəbə qəbul olunanlar kurikulum əsasında təhsil alanların ilk buraxılışıdır”.

O, həmçinin vurğulayıb ki, belə nəticələrin əldə olunmasında olkə rəhbərliyinin təhsilə olan diqqəti, eyni zamanda Təhsil nazirliyinin, həmçinin şəhərimizin başçısı İlham İsmayılovun təhsil işçilərinə göstərdiyi qayğı əsas rol oynayıb: “Mən elə hesab edirəm ki, bu işimiz bundan sonra da yüksək səviyyədə davam etdiriləcək”.

Texniki humanitar liseyinin direktoru Nailə Məmmədova ötən tədris ilində əldə olunan uğurlardan danışıb.

Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə hədiyyələr təqddim olunub.

Qeyd edək ki, görüşdən öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar.

Esmira Hidayətova, Mingəçevir