Üçü bu gün məlum olacaq

0
56

Avqustun 27-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinə vəsiqə qazanacaq üç komanda müəyyənləşəcək.

Bu gün pley-off mərhələsinin üç cavab matçı keçiriləcək. Səfərdə 0:4 hesabı ilə məğlub olan Rusiyanın “Krasnodar” komandası doğma meydanda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edəcək.

İsveçrənin “Yanq Boyz” klubu Serbiyada “Srvena Zvezda” komandası ilə qarşılaşacaq. Bu komandalar arasında İsveçrədə baş tutan görüşdə qalib müəyyənləşməyib – 2:2.

Günün üçüncü qarşılaşması Norveçdə oynanılacaq. “Rusenborq” Xorvatiyanın “Dinamo” kollektivi qəbul edəcək. İlk görüş 2:0 hesabı ilə Xorvatiya təmsilçisinin xeyrinə başa çatıb.

Qeyd edək ki, mərhələnin digər üç oyunu avqustun 28-də keçiriləcək. Belə ki, “Ayaks” – APOEL (0:0), “Brügge” – LASK (1:0) və “Slavia Praqa” – “ÇFR Kluj” (1:0) qarşılaşmaları oynanılacaq.

Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 29-da Monakoda keçiriləcək.