“Neftçi”… məğlub oldu

0
45

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə bir görüş keçirilib. “Zirə” öz meydanında “Neftçi”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi” yeni mövsümə heç-heçə, “Zirə” isə məğlubiyyətlə başlamışdı.

26 avqust (bazar ertəsi)

19:00. “Zirə” – “Neftçi” – 1:0 
Qol: Cavid Hüseynov, 27
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Zirə İdman Kompleksinin stadionu

24 avqust (şənbə)

“Sumqayıt” – “Səbail” – 0:3 

25 avqust (bazar)

“Qarabağ” – “Qəbələ” – 3:0 

“Sabah” – “Keşlə” – 0:1