Çinin 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

0
40

Azərbaycan Turizm Bürosu sentyabrın 16-dan 22-dək Çin Xalq Respublikasının Pekin, Şanxay və Quançjou şəhərlərində silsilə təqdimatlar keçirəcək.

“Azerbaijan-China Roadshow on Travel Trade” adlı tədbirdə Azərbaycandan 12, Çindən 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər baş tutacaq.

İkitərəfli görüşlər zamanı mümkün əməkdaşlıq imkanları qiymətləndiriləcək və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.