“Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili” layihəsi başa çatdı

0
66

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi ”Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili” adlı layihə həyata keçirilirdi. Ötən gün bu tədbirə yekun vurulub.

Tədbirdə layihə rəhbəri , könüllülər, həmçinin valideynlər çıxış ediblər. Bildirilib ki, belə sosial layihələr uşaqların bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə təşkil edilən bu yay məktəbi də tədbirdə iştirak edən hər bir məktəbli üçün olduqca maraqlı olub. Günün ikinci yarısında isə yay məktəbi iştirakçıları arasında  River side Hotelinin hovuzunda üzgüçülük yarışları, həmçinin su oyunları təşkil edilib.  

Esmira Hidyaətova, Mingəçevir