15 yaşlı tələbə: “II qrup üzrə ən yaxşı universitet Mingəçevir Dövlət Universitetidir”

0
82

 

 Mingəçevir Dövlət Universitetinə (MDU) qəbul olan tələbələrin qeydiyyatı davam edir. Məlum olduğu kimi, qeydiyyat avqust ayının 15-dən başlanıb. 2019-2020-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 770 plan yerinə 726 nəfər (94,28%) qəbul olunub.

2019-2020-ci tədris ili üçün universitetə qəbul olan tələbələr arasında ən gənci 15 yaşlı Elcan Elmir oğlu Əlizadədir. “Turizm və otelçilik” ixtisasına dövlət sifarişilə qəbul olan Elcan Əlizadə  Mingəçevir şəhər Rüstəm Qəhrəmanov adına 14 saylı məktəbin məzunu olub. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi II qrup üzrə imtahanda iştirak edərək, Mingəçevir Dövlət Universitetinə “Turizm və otelçilik” ixtisasına dövlət sifarişili yerə 289 balla qəbul olunub.

 Gənc tələbə bildirib ki, düşünürdüm ki qəbul çətin olar, lakin sərbəst, rahat idim: ”Amma hər halda imtahandır, həyəcansız olmur. Riyaziyyatdan sonuncu suallar, yəni açıq tipli suallar çox çətin idi. Daha yüksək uğura nail olmaq arzusunda olsam da, əldə etdiyim nəticə pis olmadı və istədiyim ixtisası əldə edə bildim, özü də dövlət sifarişli yerə”.

 15 yaşlı Elcan Elmir oğlu 15 yaşında tələbə olmağın belə izah edib: ”Balaca vaxtı o qədər dəcəl idim ki, bağçaya da getmək istəmirdim. Həmişə bağçaya gedəndə ağlayırdım. Valideyinlərim məni ona görə məktəbə 5 yaşından yazdırdılar. Hələ mənim 16 yaşım sentyabrın 16- da olacaq”.

O həmçinin bildirdi ki, bakalavr səviyyəsində təhsilini başa vurandan sonra magist təhsili də alacaq: ”Öz sahəmin peşəkarı, kamil mütəxəssis kimi yetişmək istəyirəm”.

“Niyə məhz MDU-nu seçdiniz və bu seçimi etdikdə hansı məqsədləri qarşınıza qoymuşdunuz?” sualına cavabında o, seçimə qədər kifayət qədər araşdırma apardığığn söylədi: ”Dost və tanışlarımdan da Mingəçevir Dövlət Universitetində təhsil alanlar var. Onlar da bu ali məktəbdə tədrisin olduqca yüksək səviyyədə olduğunu deyirlər. Ən vacibi burada biliyə dəyər verilir. İmtahanlar şəffaf keçirilir. Təbii ki, bütün bunlar seçimi qətiləşdirməyimə kömək oldu. Məncə, II qrup üzrə ən yaxşı universitet Mingəçevir Dövlət Universitetidir”.

Qeyd edək ki, ötən tədris ili üçün ali məktəblərə qəbulla bağlı keçirilən imtahanlarda respublika üzrə ən yaşlı tələbə adını qazanan 57 yaşlı Şəki sakini Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində təhsil almaq hüququ qazanmışdır.

Esmira Hidayətova, Mingəçevir.